Split Tipli Kondinsionerlərin Təmiri

Split sistem günümüzdə ən təlabatlı kondisioner sistemidir. Çox zaman öz məkanlarında bu sistemi quraşdıran insanlar üçün də ortaya maraqlı bir sual çıxa bilir. Bəs Split sistemli kondisioner nədir?!

Split sistemli kondisioner xarici və daxili 2 blokdan ibarət bir sistemdir. Adını ingilis dilindən tərcümədə ayırmaq sözü olan Split sözündən götürülmüşdür. Bu sistemdə kondisionerin funksionallığı bu iki blok arasında bölünmüşdür.

Split sistem havanın soyudulması üzrə ən universal sistem hesab edilir. Onu təkcə evlərdə deyil eyni zamanda ofislərdə, ticarət mərkəzlərində və digər tipli binalarda quraşdırılır.

Biz sizə bu tipli sistemlərin təmirində ən funksional xidmət təklif edirik. Əgər sizin də kondisionerinizin təmirə ehtiyacı varsa, buyurun, bizə müraciət edin.

Kanal Tipli Kondisionerlərin Təmiri

Kanal tipli kondisioner Split sisteminin bir növüdür. Bu sistemin köməkliyi ilə məkanınızın bütün otaqlarında mikroiqlim şəraiti yaratmaq olur. Kanal tipli kondisionerlər 2 daxili və xarici blokdan ibarətdir. Tavan hissədə quraşdırılan daxili blokdan xüsusi kanal vasitəsilə soyuq hava otaqlara paylanılır. Bu kondisionerlər havalandırma gücündən asılı olaraq 3 hissəyə bölünür: Aşağı, Orta və Yüksək güclü.

Bəzi hallarda insanlarda belə bir səhv məlumat formalaşır ki, Kanal tipli kondisionerlər xüsusi xidmət tələb etmir. Lakin bu yalnış fikirdir. Aşağı güclü kondisionerlərə ildə bir, orta güclü kondisionerlərə ildə 2, yüksək gücül kondisonerlərə isə ildə 4 dəfə texniki servis xidməti göstərilməlidir.
Siz də keyfiyyətli şəkildə texniki servis və təmir işləri üçün bizə müraciət edə bilərsiniz.

VRV Tipli Kondisionerlərin Təmiri

VRV böyük sahələri havalandırma ilə təmin edən kondisioner sistemidir. Bu kondisioner bir binanın bütün mərtəbələrini, hətta böyük yaşayış komplekslərinin də havalandırmasını təmin edə bilir. VRV sistemin arxitekturası multisplit sistemin arxitekturasından kəskin şəkildə fərqlənir. Bir VRV sistem blokuna 2-100 arası müxtəliftipli daxili bloklar qoşmaq mümkündür. Bu sistemə qoşulan hər bir blok fərdi temperatura malik ola bilir. Burada hər bir daxili blok elektrik termoidarəedici ventilə malik olur. VRV sistemdə daxili bloklar fərdi idarəetmə ilə yanaşı mərkəzi idarəetmə sistemi ilə də idarə oluna bilir.
Günümüzdə bu sistem çox geniş yer almışdır. Lüks mənzillərdə və kotteclərdə (mini-VRV), həmçinin ofis, xəstəxana, otel və bu kimi binalarda bu sistemdən istifadə olunur. Bu günə qədər VRV sistemi ən inkişaf etmiş mərkəzi kondisioner sistemlərindən biridir və etibarlı, qənaətcil, səmərəli, müasir tələblərə cavab verir. Əgər siz də bu sistemdən istifadə edirsinizsə rahatlıqla texniki xidmət və təmir işlərinizi bizə həvalə edə bilərsiniz.

Şkaf Tipli Kondisionerlərin Təmiri

Şkaf tipli kondisionerlər hər hansı bir məkanda istənilən temperaturu əldə etmək üçün istifadə edilən kondisioner tipidir. Bu avadanlıq 80 kVt gücə malik ola bilir və inverter mühərriki ilə təchiz edilmişdir. Əslində, şkaf tipli kondisionerlər soyuducu, qızdırıcısı, hava nəmləndiricisi və onun süzgəc elementini özündə birləşdirən monoblok sənaye cihazı hesab olunur. Bütün şkaf kondisionerləri istilik dəyişdirici soyutma prinsipi ilə təsnif edilir. Bu kondisonerlərin texnologiyası demək olar ki, adi split sistemli kondisionerlərdən fərqlənmir. Şkaf tipli kondisionerlər elektrik mühərriki olan bir soyutma kompressorundan, istilik dəyişdiricisi-buxarlayıcıdan, istilik dəyişdiricisi-kondensatordan, qaz tənzimləyici qurğudan, müxtəlif dərəcədə təmizlənmiş hava filtrlərindən, freon filtrdən, idarəetmə qurğusundan və ventilyatorlardan ibarətdir.
Bu tip kondisionerlərin istifadə sahəsi kifayət qədər böyükdür. Yüksək güc və performansı sayəsində böyük sənaye binalarında, konsert zallarında, alış-veriş və əyləncə komplekslərində, anbar və s. bu tipli obyektlərdə istifadə olunur.

Kondisionerlərin Yuyulması

Kondisionerin təmizlənməsi- adətən bu işə tez-tez ekonomiya edilir. Adətən servis mərkəzlərinə kondisionerdə sızma baş verdikdə, yaxşı soyutmadıqda və ya tamamilə sıradan çıxanda müraciət edilir. Yalnız bunu bilmək lazımdır ki, havalandırma avadanlığının təmizlənməsi və dezinfeksiyası məkanın ümumi təmizliyindən də vacibdir. Kondisionerlərin filtrləri vaxtı-vaxtında təmizlənmədikdə əks nəticələrlə üzləşməli olursunuz. Split sistemin içərisində toz, qovaq tükü və s. toplanır, bakteriya və göbələklər çoxalır. Bütün bunlar kondisionerin quraşdırıldığı məkanda hava ilə birlikdə sirkulyasiya edir. Daim belə bir məkanda olan insanda bundan baş ağrıları, əhval ruhiyyənin pisləşməsi və yorğunluq halları yaranır və nəticə etibarı ilə, servis xidmətində ekonomiya daha baha-başa gəlmiş olur.

Biz sizə havalandırma avadanlıqlarının bu vəziyyətə gətirilməsini uyğun görmürük. Bunun əvəzinə planlı şəkildə təmizlik və dezinfeksiya işlərinin yerinə yetirilməsini məsləhət görürük. Bizə müraciət etməklə siz büdcənizə ekonomiya edib, kondisionerinizin vaxtından tez sıradan çıxmasının qarşısını almış olacaqsınız.

Havalandırma Sistemlərinin Təmiri

Havalandırma sistemləri mürəkkəb texniki quruluşa malik bir sistemdir. İstənilən havalandırma sistemi müntəzəm qulluq tələb edir. Havalandırma sistemlərinin uzun müddətli istismarı onların qaçılmaz çirklənməsinə səbəb olur.

Beləliklə, hava kanallarının içərisində, fan bıçaqlarında və digər detallarda yağ və tozdan ibarət bir çirklənmə əmələ gəlir.

Bizim havalandırma sisteminin servisi və təmiri üzrə böyük təcrübəmiz var. Biz bu işi müştərinin məkanında və ya öz emalatxanamızda yerinə yetiririk.

Bunun üçün lazımı imkanlarımız və maddi-texniki bazamız mövcuddur. Əgər sizə havalandırma sisteminin əsaslı təmiri və onun tənzimlənməsi lazımdırsa – bizimlə əlaqə saxlaya bilərsiniz.

Boruların Divar-İçi Çəkilişi

Evlərdə kondisioner borusunun görsənməməyini istəyirsinizsə borular təmirdən əvvəl divar içi çəkilməlidir. Bu işə isə çox ciddi və məsuliyyətli yanaşılmalıdır.

İlk növbədə, borular müştərinin seçdiyi kondisionerin kvadratina uyğun çəkilməlidir.

2-ci növbədə, borular əzilməməli və düzgün izolizasiya olunmalıdır.

3-cü növbədə, mütləq su xəttinin axarı olmalıdır ki, su geri qayidmasın və kondisionerdən pis qoxu gəlməsin.

Əgər siz də evinizdə boruların düzgün çəkilməyini istəyirsinizsə, bizim peşəkar ustalara müraciət edin.

BİZ BÜTÜN BREND VƏ MARKALARLA İŞLƏYİRİK

Kondisionerinizdə problem var?

  • Soyutmur?
  • Su axıdır?
  • İşə düşmür?
  • Səs eliyir?
  • Pis qoxu verir?
  • İsitmir?

Bizə zəng edin!

whatsap-da yazın

Paltaryuyan Maşınınız İşləmir?

  • Xoda Düşmür?

  • Su axıdır?
  • İşə düşmür?
  • Səs eliyir?
  • Ərp Bağlayıb

  • Baraban İşləmir

Bizə zəng edin!

whatsap-da yazın